Maide.az

Rusiyanın İŞİD-ə qarşı əməliyyatları 3-4 ay davam edəcək

Rusiya Suriyada həyata keçirtdiyi hava əməliyyatlarının 3-4 ay davam edəcəyini açıqlayıb. Maide.az xəbər verir ki, bu barədə Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov açıqlama verib. O deyib ki, Suriyada İŞİD və digər terrorçu qruplaşmalara qarşı keçirilən əməliyyatlar 3-4 ay davam edəcək. “Europe 1 TV” kanalına müsahibə verən A.Puşkov sözlərinə əlavə edib ki, bu əməliyyatlar nəticəsində terrorçuların zərərsizləşdirilməsi planlaşdırılır. /