Maide.az

Rusiyanın bu şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək

Dağıstanın paytaxtı Mahaçqala şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları xəttə buraxılacaq.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə qərar Dağıstan hökumətinin iclasında verilib.   İclas zamanı “Dağıstan ərazisində 2019-2021-ci illər üçün əhaliyə şəhərətrafı dəmiryol nəqliyyatı xidmətinin təşkil olunması barədə” müqavilə təsdiq olunub.   Bu sənəd Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd və Mahaçqala-Azərbaycan sərhədi istiqamətləri üzrə sərnişin daşımalarını nəzərdə tutur.   Bundan başqa, iclas zamanı gələcəkdə Dərbənd-Azərbaycan sərhədi istiqamətində sərnişin daşımaları məsələsini hazırlamaq barədə razılıq əldə olunub.