Maide.az

Rusiyanın AN-12 təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox cəsəd var

Rusiyanın yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb.   Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarədə 5 ekipaj üzvü və 7 sərnişin olub.   Cuba şəhərində baş vermiş qəza nəticəsində yalnız iki sərnişin, o cümlədən bir uşaq sağ qalıb.   Şahidlərin sözlərinə görə, AN-12 təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox insan cəsədi var./