Maide.az

Rusiya NATO ilə bütün əlaqələri kəsdi

Rusiya ilə Qərb arasında gərginlik davam edir.   Maide.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, NATO yanında Rusiyanın daimi nümayəndəliyi fəaliyyətini dayandırıb.   Bu barədə xarici işlər naziri Sergey Lavrov məlumat verib. O, qərarın noyabrın 1-dən qüvvəyə minəcəyini əlavə edib.   “NATO Rusiya ilə əlaqə saxlamaq üçün Belçikadakı səfirliyimizə müraciət edə bilər”.   Eyni zamanda, NATO-nun Moskvada yerləşən informasiya bürosu və hərbi missiyası da fəaliyyətini dayandıracaq.