Rusiya MN: Suriyada 92 faizdən çox ərazi İŞİD-dən təmizlənib
Rusiya Müdafiə Nazirliyi elan edib ki, Suriyada 92 faizdən çox ərazi İŞİD terror qruplaşması üzvlərindən təmizlənib və onların mühasirəsindəki ərazilər azad olunub. Maide.Az xəbər verir ki, bu məlumatı Rusiya MN yayıb. Məlumata görə, Rusiya Hava Qüvvələri ötən bir həftə ərzində 517-dən çox hərbi əməliyyat yerinə yetirib. Terrorçulara məxsus 1260-dan çox yeri dağıdıb. Qeyd edək ki, oktyabrın 8-də Suriya ordusu İŞİD terrorçularını Əl-Məyadin şəhərində mühasirə edib. (sputnik)