Maide.az

Rusiya Misirlə danışıqlar aparır

  Rusiya hərbi obyektlərin icarəyə götürülməsi ilə bağlı Misirlə danışıqlar aparır. Misirin Sidi-Barrani şəhərində yerləşən keçmiş sovet hərbi bazasının icarəyə götürülməsi də danışıqlar mövzusudur.   Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əgər tərəflər razılığa gələrsə, Sidi-Barranidəki hərbi bazada bərpa işləri aparılacaq və 2019-cu ildən baza hərbi-hava bazası kimi Rusiyanın istifadəsinə veriləcək.   Artıq əldə olunmuş razılaşmaya görə, Rusiya hərbi bazalar üçün avadanlığı dəniz yolu ilə daşıyacaq. Həmçinin bazada Rusiya hərbi kontingenti yerləşdiriləcək.   Sidi-Barrani şəhərində əvvəllər fəaliyyət göstərmiş hərbi baza 1972-ci ilədək sovet hərbi donanması tərəfindən ABŞ döyüş gəmilərinin müşahidəsi üçün istifadə olunub.