Maide.az

Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq

Rusiyanın “Android texnikası” Elmi İstehsalat Birliyi Yaponiyanın GİTAİ start-up şirkəti ilə birgə Ayda müxtəlif işlər görmək üçün robot hazırlamağı nəzərdə tutur.   “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun icraçı direktoru Yevgeniy Dudorov məlumat verib.    O, GİTAİ şirkətinin insana bənzər, həm də operatorun hərəkətlərini təkrarlayan robotlar istehsal etdiyini diqqətə çatdırıb.