Maide.az

Rusiya hökuməti əcnəbilərin sayını azaldacaq

Rusiyanın baş naziri Dmitri Medvedev ölkədə vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün kvotanın azaldılması barədə sərəncam imzalayıb.   Bu barədə cümə günü, noyabrın 24-də nazirlər kabinetinin saytında bildirilir.   Növbəti il üçün 90 min belə sənədlərin verilməsi planlaşdırılır ki, bu da ötən illə müqayisədə təxminən 20 min azdır.   Sərəncamda qeyd olunur ki, qərar hər bir regionda miqrasiya vəziyyəti və iqtisadi durumu nəzərə alınmaqla qəbul edilib.(faktxeber)