Rusiya Həcc kvotasını 25 min nəfərə çatdırmaq istəyir
Rusiya cari ildə Həcc kvotasını 25 min nəfərə çatdırmaq istəyir. Maide.Az islam-today-a istinadən xəbər verir ki, bunu Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbasov deyib. Onun sözlərinə görə, 2018-ci il üçün kvotanın 3 min nəfər artırılmasına ehtiyac var. “Artıq Səudiyyə tərəfi ilə bu barədə ilk razılaşma əldə olunub. Bu ayın sonunda məsələ həllini tapmalıdır. İran , Türkiyə və İndoneziyaya nisbətən biz elədə böyük kvota tələb etmirik.” Qeyd edək ki, 26 milyona qədər müsəlmanın yaşadığı Rusiyada ötən il 23,5 min rusiyalı Həcc ziyarətində olub.