Maide.az

Rusiya hərbi gəmisi Türkiyə sularında yük gəmisi ilə toqquşdu - 15 nəfər axtarılır

Qara dənizdə Rusiyaya məxsus hərbi gəmi yük gəmisi ilə toqquşub.   Trend-in məlumatına görə, hadisə Türkiyə sahilindən 29 kilometr məsafədə baş verib.   Qəza yerinə Türkiyənin sahil-mühafizə xidmətinin xilasediciləri cəlb edilib.   Son məlumata görə, 45 rusiyalı hərbçini xilas etmək mümkün olub. Hazırda daha 15 nəfərin axtarışları davam edir.