Maide.az

Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza vermədilər

Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.   Bunu Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen deyib.   O bunu rusiyalı siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib. “Yekun qərar qəbul olunanadək Aİ-nin digər ölkələri, Aİ və ATƏT rəhbərliyi ilə məsləhətləşdik”, - deyə o vurğulayıb.     Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı daha 5 rusiyalıya Finlandiyaya giriş yasaqlanıb.   Qeyd edək ki, Narışkin iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək niyyətində olub.