Maide.az

Rusiyada zəlzələ baş verib

Rusiyanın şimal-şərqində 4,7 bal gücündə zəlzələ baş verib.   Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamchatskiy şəhərindən 100 cənub-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.   Qeyd edilir ki, şəhərin bəzi ərazilərində zəlzələ 3 bal gücündə hiss olunub.   Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.