Maide.az

Rusiyada zəhərlənənlərin sayı 112-yə çatıb

Rusiyanın Ulan-Ude şəhərindəki kafelərin birində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin sayı 112 nəfərə çatıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, onlardan 70-i xəstəxanaya yerləşdirilib.   Yanvarın 8-dən 11-dək "Şulen Do" kafesinə gələnlərin əksəriyyəti zəhərlənib. İaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.   Prokurorluqdan bildirilib ki, kafedə sanitar-epidemioloji tələblərin ciddi şəkildə pozulması halları qeydə alınıb.