Maide.az

Rusiyada yaşayış binası çöküb, xəsarət alanlar var

Rusiyada yaşayış binası çöküb.   Hadisə Permdə gecə saatlarında baş verib.   Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəliyindən bildiriblər ki, binanın künc hissəsinin uçması nəticəsində 3 sakin yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.   Hadisə baş verən zaman binada 60 nəfər olub.   Binanın uçmasına partlayışın səbəb olduğu ehtimal edilsə də, mütəxəssislər bu versiyanı təsdiqləmirlər.