Maide.az

Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO

13:45   Rusiya İstintaq Komitəsi Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada yaralananların sayı barədə dəqiq rəqəm açıqlayıb.   APA-nın məlumatına görə, İstintaq Komitəsindən atışmada 28 nəfərin yaralandığı bildirilib.   Bundan əvvəl silahlı insident nəticəsində 8 nəfərin həlak olduğu, 19 nəfərin yaralandığı açıqlanmışdı.     12:05   Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.   Məlumatı “RİA Novosti” yayıb.   Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.   12:00   Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.   “Report” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.   Hücum nəticəsində 14 nəfər yaralanıb.   Bildirilir ki,  Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.   Hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.   T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib. *** 11:50   Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti universitetin tələbələrindən biri törədib.   Həmçinin qeyd olunur ki, atışma zamanı 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.   *** Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.   “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.   İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.   Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar.    Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.