Maide.az

Rusiyada uşaqpulunu qaldırırlar

Rusiyada aztəminatlı ailələrə 1,5-3 yaşlı uşaqlar üçün verilən müavinət 50 rubldan 10 min rubla qaldırılacaq. Açıqlamanı Baş naziri Dmitriy Medvedev verib.   “İnterfax” agentliyi Medvedevə istinadla yazır ki, yaş yarımlıqdan 3 yaşadək uşaqlara görə bundan sona aya 50 rubl deyil, 10 min rubl veriləcək.   Baş nazir əlilliyi olan uşaqlara görə dekretə çıxmış valideynlərə ödənişin də qaldırılacağını söyləyib. Bu addım iyulun 1-dən qüvvəyə minəcək.   50 rublluq müavinət 1994-cü ildə təyin olunub, o vaxtdan dəyişməyib.   Bu müavinətin qaldırılması məsələsi iyunun 20-də Prezident Vladimir Putin-lə “Birbaşa xətt” proqramında qaldırılmışdı. Prezident uşaqpulunun yaşayış minimumu səviyyəsinə çatdırılacağını vəd edib. /azadliq.org /