Maide.az

Rusiyada ticarət mərkəzində 48 nəfərin öldüyü təsdiqlənib

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.   Maide.Az "TASS"-a  istinadən xəbər verir ki, yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisindən 11 nəfərin meyiti tapılıb.  Onlardan ən azı 9-u uşaqlardı. 40 nəfər xəsarət alıb.   Yanmış meyitləri tanımaq çox mürəkkəbdir.    Bundan başqa, 27 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.   Qeyd edək ki, bundan öncə 64 nəfər itkin düşdüyü bildirilmişdi.