Maide.az

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Rusiya Federasiyasının Tatarstan Respublikasının Menzelinsk şəhərində L-410 yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.   Maide.Az-n məlumatına görə, bu barədə "TASS"a təcili xidmətlərdəki mənbə xəbər verib.   Məlumata əsasən, təyyarə qəzasında 19 nəfər ölüb, 3 nəfər xəsarət alıb.   Ümumilikdə təyyarədə 23 nəfər olub. Onlardan 21-i paraşütçü, 2-si isə ekipaj üzvüdür.