Rusiyada təlim zamanı helikopter təsadüfən raketlərlə tamaşaçılara atəş açıb-VİDEO
«Qərb-2017» təlimləri zamanı Ka-52 helikopteri təsadüfən raketlərlə tamaşaçılara atəş açıb. FaktXeber.com-un 66.ru-ya istinadla verdiyi məlumata görə, hadisə Rusiyanın Sankt Peterburq şəhərində «Lujskiy» poliqonunda baş verib. Hadmisə zamanı 2 nəfər ağır travma alıb. Ehtimal olunur ki, «hava-torpaq» sinifli raket nasazlıq ucbatından buraxılıb. Zərərçəkənlərin jurnalistlər olduğu bildirilirir. Rəsmi mənbələr hələ ki, bu barədə şərh verməyiblər.(faktxeber)