Maide.az

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında ağır yol qəzası baş verib.   Maide.Az "azərtac"a istinadla xəbər verir ki, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, daha 23 nəfər xəsarət alıb.   Hadisə Ufa-İnzer-Beoreçk magistral yolunda baş verib. Sərnişin avtobusu yoldan çıxaraq yol kənarındakı xəndəyə düşüb və çevrilib.