Maide.az

Rusiyada radardan itmiş təyyarə tapıldı - YENİLƏNİB

Rusiyanın Tomsk vilayətində radardan itən “An-28” tipli təyyarə tapılıb və ilkin məlumata görə göyərtədəki adamlar sağdır.   Maide.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.   Məlumata görə, təyyarənin göyərtsində 4-ü uşaq, 3-ü ekipaj üzvü olmaqla 17 nəfər var.   ***   Rusiyanın Tomsk bölgəsində  An-28 tipli  sərnişin təyyarəsi radarlardan itib.    Maide.Az “TASS”-a istinadən xəbər verir ki, “An-28”in göyərtəsində 4-ü uşaq olmaqla 14 sərnişin və 3 ekipaj üzvi var.    Təyyarə Tomsk bölgəsininin Bakçarski bölgəsində radardan itib. An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.   Xilasedicilər helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.   Qeyd edək ki, ötən həftə Rusiyada göyərtəsində 22 sərnişin olan “An-26” sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itmişdi.