Rusiyada quş qripi infeksiyası aşkar edilib
Rusiyanın Çelyabinsk vilayətində quş qripi infeksiyası aşkar edilib. Trend-in məlumatına görə, infeksiya ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrində karantin tətbiq edilib. Qeyd olunur ki, mütəxəssislər 1 vəhşi ördək və 4 ev qazında H5N8 virusunun aşkar olunduğunu təsdiq edib. Hazırda bununla əlaqədar olaraq yaşayış məntəqələrində quşların uçotu aparılır.