Maide.az

Rusiyada qəzaya uğrayan ‘An-26’nın ekipaj üzvlərinin hamısı ölüb - YENİLƏNİB

13:11   Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” hərbi yük təyyarəsinin ekipaj üzvlərinin hamısı ölüb.   Bu barədə Rusiyanın fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.   Bildirilib ki, təyyarənin göyərtəsində 6 heyət üzvü olub.   Xatırladaq ki, sentyabrın 22-də texniki uçuş edən “An-26”b radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb. Əməliyyat nəticəsində ekipaj üzvlərinin meyitləri tapılıb.   ***   Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.   "Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib.   Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.   Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.   Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir.    İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub. /RİA Novosti /