Maide.az

Rusiyada prezidentliyə namizəd ilk müsəlman qadın müraciət etdi

Tanınmış müsəlman jurnalist və ictimai xadim , Rusiya prezidentliyinə namizədliyini irəli sürən Ayna Qamzatova Facebook səhifəsində  Rusiya vətəndaşlarına müraciət edib.   Maide.Az  “islam.ru” saytına istinadən  bildirir ki, o, müraciətində Rusiyanın zəngin ölkə olduğunu bildirib.  “Bu mənim ölkəm, mənim vətənimdir. Öz namizədliyimi irəli sürərək mən başa düşürəm ki,  məni dəstəkləyən  seçicilərim və Allah  qarşısında bu günə və sabaha  görə məsuliyyət daşıyıram.”   A.Qamzatova deyib ki, hazırda Rusiyada demokratiyanın  olmadığını, müsəlmanların sıxışdırıldığı  və vətəndaşların seçmək hüququnun məhdudlaşdırıldığı deyilir. “Mən bu fikirlə qətiyyən razı deyiləm. Əgər Rusiyada demokratiya olmasaydı mən prezidentliyə namizədliyimi  verə bilərdimmi? Mənim baş örtüyüm və inamım bu addımı atmağıma maneə törətdimmi? Xeyir! Vacib deyil sən kişi yaxud qadınsan. Əsas odur ki, nəyi istəyirsən və nə bacarırsan. Mən Rusiyalı müsəlmanam. Eyni zamanda anayam. Mənim prezidentliyim xəyal deyil öz konstitusion hüququmu həyata keçirtmək, seçmək və seçilmək istəyirəm.”    A.Qamzatova hazırkı prezident Vladimir Putinlə bağlıda fikirlərini bildirib. “Vladimir Putinə böyük hörmət bəsləyirəm. O, ölkədə  sülh və sabitliyin qorunması üçün çox işlər görüb. Biz heç bir zaman görüşməmişik,  onun ətrafı  və administrasiyası ilə tanış deyiləm.”   A.Qamzatova bundan əvvəlki fəaliyyətinə də toxunub. “Dağıstan müftiliyində işlədiyim zaman mən və mənim komandam  bir çox işlər görüb. Əsasən xeyriyyə fondları,  uşaq bağçaları, məktəblər və  xəstəxanalar  açmışıq.  Bu işlərdən sonra mən yeni layihəmi həyata keçirdim.  ilk dəfə olaraq Rusiyada qadınlar üçün İslam universiteti, (Ş.Muhamməd-Arif adına Şimali-Qafqaz universitetinin qadınlar filialı) təsis etdik.    O əlavə edib ki, 2009-cu ildən etibarən  Rusiyada ilk dəfə olaraq İslami media holdinq yaratmaq istiqamətdə işləri başlayıb.  “Bu  holdinq bizim ən uğurlu layihələrimizdən biridir. İnanıram ki,  mənim İslam sahəsində olan təcrübəm və bunu Rusiyanın xeyrinə istifadə etməyim  ölkəmizin gələcək inkişafında böyük rol oynayacaq.”