Maide.az

Rusiyada OMON-un idman kompleksi uçub, 5 nəfər ölüb

Rusiyanın Velikiy Novqorod şəhərində OMON-un (xüsusi təyinatlı polis dəstəsi) idman kompleksinin uçması nəticəsində 5 nəfər ölüb. Ölənlərdən biri Kamerun vətəndaşıdır.   Məlumata görə, hadisə ötən gün saat 18 radələrində binanın damında təmir işləri aparılarkən baş verib.      Hadisə nəticəsində bir nəfər xəsarət alıb.