Maide.az

Rusiyada nadir Quran nüsxələri sərgisi təşkil olunur

Mübarək Ramazan ayı münasibəti ilə Ural Dövlət Universitetində Quranın nadir nüsxələrinin sərgisi təşkil olunur. Maide.az-ın “islam.ru” saytına istinadən məlumatına görə,  “Müqəddəs kitab sirləri” adı ilə keçirilən sərgidə Rusiya inqilabından öncə dünyaınn müxtəlif bölgələrində çap olunmuş 100-dən çox nadir Quran nüsxələri nümayiş olunacaq. Sərgidə  I Aleksadr imperiyası dövründə  (1801-1825-ci illər) Tatar müsəlmanları tərəfindən çap olunmuş ilk Quran nüsxəsidə sərgilənəcək. Sərgi çərçivəsində Quran oxumağı öyrənmək istəyənlər üçün Quran dərsləri də təşkil olunacaq. Sərgi iyul ayının 14-də açılacaq və iki həftə müddətinə davam edəcək.