Maide.az

Rusiyada müsəlman telekanalı yaradılır

Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir. Trend-in verdiyi məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.   O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.   R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.   Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur. /