Maide.az

Rusiyada məsciddə ‘Kim? Nə? Harada?’ viktorinası keçirildi - FOTO

Rusiyanın Penza vilayətinin Orta Yelyuzan kəndində yerləşən “Əbu Hənifə” məscidində “Kim? Nə? Harada?” intellektual viktorinası keçirilib.   Maide.Az "Oxu.Az"a istinadən xəbər verir ki, yarışda dörd kənd məscidindən olan komandalar: “Nur”, “İxlas”, “İman” və “İhsan” yarışıb.   Oynanılan suallar dini mövzularla yanaşı, biznes, coğrafiya və digər elmi sahələrə aid olub.   Yarışın nəticələrinə görə, “Nur” komandası birinci yeri tutub.