Maide.az

Rusiyada məktəbə hücum nəticəsində yaralananların sayı artıb

RF Buryatiya Respublikasının Ulan-Ude şəhərinin Sosnovı Bor qəsəbəsindəki məktəblərdən birinə hücum zamanı xəsarət alanların sayı artıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu gün səhər saatlarında yeniyetmənin balta ilə müəllim və şagirdlərə hücum etməsi nəticəsində 7 nəfər yaralanıb.   Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır, bəzilərinin zədəsi isə yüngüldür.   Hücum edən yeniyetmə saxlanılıb, hazırda xəstəxanadadır. Onun intihara cəhd etdiyi bildirilir.   Qeyd edək ki, yanvarın 19-u səhər saatlarında 9-cu sinif şagirdi əlinə balta alaraq 7-ci sinif şagirdlərinə hücum edib, sonra içində tezalışan maye olan butulkanın köməyi ilə sinif otaqlarından birini yandırıb.