Maide.az

Rusiyada koronavirusa ilk iki yoluxma halı aşkarlanıb

Rusiya Baş nazirinin müavini Tatyana Golikova ölkədə koronavirusa iki yoluxma halının aşkarlandığını təsdiqləyib.   Golikova yanvarın 31-də jurnalistlərə deyib ki, həmin iki şəxs Çin vətəndaşlarıdır, biri Trans-Baykal, digər Tümen regionundadır.   Hər ikisi qadındır və karantinə alınıb, o əlavə edib.   Beləliklə, Rusiya koronavirusun qeydə alındığı 23-cü ölkə olub.   Qeyd edək ki,  Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyadan ölüm səviyyəsi hazırda 2,5 faizdir. Bu gün səhərə olan məlumata görə, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 11 952, ölənlərin sayı isə 259-dur.