Maide.az

Rusiyada hərbi təyyarə radarlardan itib

Rusiyanın Xabarovsk diyarında “An-26” markalı hərbi nəqliyyat təyyarəsi radarlardan itib.   Maide.Az “Report”a istinadla  xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub.   Bildirilib ki, təyyarə rabitə vasitələrinin yoxlanması məqsədilə texniki uçuş yerinə yetirirmiş.   Mərkəzi Xabarovsk aerodromunun 38 km cənub-qərbində təyyarə ilə əlaqə kəsilib.   Digər məlumata görə, təyyarə Xextsirsk qoruğu rayonunda yoxa çıxıb.