Maide.az

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Rusiyanın Moskva vilayətində "İL-112V" markalı hərbi-nəqliyyat təyyarəsi təlim zamanı qəzaya uğrayıb.   Maide.Az "Report"a istinadla  xəbər verir ki, bu barədə "Rostex" dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.   Bildirilib ki, hadisə zamanı göyərtədə 3 nəfər olub.   Moskva vilayətində təlim zamanı qəzaya uğrayan "İL-112V" hərbi-təlim təyyarəsinin ekipaj komandiri Rusiya Qəhrəmanı olub.   Qəzaya uğrayan təyyarənin komandiri əməkdar pilot, Rusiya Qəhrəmanı Nikolay Kuimov olub.   Məlumatda həmçinin göyərtədəki bütün ekipaj üzvlərinin öldüyü qeyd olunub.   Qəzanın səbəbləri araşdırılır.