Maide.az

Rusiyada hərbi hissədə partlayış oldu

Rusiyanın Murmansk vilayətində təlim döyüş sursatının partlaması nəticəsində 5 hərbçi xəsarət alıb.   “Report” xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.   Bildirilib ki, partlayışa səbəb təhlükəsizlik qaydalarının pozulması olub. Məlumata görə, partlayış Murmansk vilayətinin Peçenq rayonundakı hərbi hissələrdən birində təlim-məşq tədbirində baş verib.   Rəsmi mənbələr informasiyanı hələ ki, təsdiqləməyib.