Maide.az

Rusiyada hərbi hissədə növbəti partlayış - Ölənlər və yaralananlar var

Arxangelsk vilayətində partlayış baş verib.   Partlayış vilayətin hərbi hissələrindən birində qeydə alınıb. İnsident nəticəsində 2 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir.   Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Eləcə də sanitar aviasiyasının ayrılması barədə göstəriliş verilib.   Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. /Trend