Maide.az

Rusiyada həbsxanada qiyam: 20 yaralı

Rusiyada həbsxanada qiyam baş verib.   APA-nın “Vesti”yə istinadən verdiyi məlumata görə, hadisə Başqırdıstanda qeydə alınıb.   İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.   Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.   Hazırda faktla bağlı araşdırma aparılıb. /