Rusiyada göyərtəsində 21 nəfər olan gəmi yoxa çıxıb
Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb. Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi xəbər verib. İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub. Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib. Trend-in məlumatına görə, Hadisə yerinə 2 gəmi və 2 vertolyot göndərilib. Hazırda axtarış ərazisində iki xilasetmə jiletinin tapıldığı deyilir. Göyərtəsində xilasedicilər olan "Be-200" təyyarəsinin Yapon dənizində itən "Vostok" gəmisinin axtarışı aparılan əraziyə uçduğu bildirilir. Mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.