Maide.az

Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb

Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.   Məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.   Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.   Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.   İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.   İtkin düşən balıqçıların axtarışı davam etdirilir. /RİA Novosti/