Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər ölüb
Rusiyanın Leninqrad vilayətində fərdi evdə yanğın baş verib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Ulyanovka qəsəbəsində qeydə alınıb. Yanğın söndürüldükdən sonra hadisə yerində bir kişi, bir qadın, habelə 5, 10 və 12 yaşlı üç uşağın yanmış meyiti aşkarlanıb. Yanğının səbəbləri araşdırılır.