Maide.az

Rusiyada daha bir azərbaycanlını soydular

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlının avtomobilinə basqın edilib.    Hadisə dünən saat 16:00-da baş verib.   Belə ki, Çaqinskaya küçəsində Bakıdan gələn avtomobilə hücum olunub. Sürücü görüb ki, onun idarə etdiyi maşının yanında “Nissan” markalı avtomobil dayanıb. Maşın dan 4 nəfər düşüb. Onlar sürücünü maşından düşürüblər və onu tapança ilə qorxudublar. Azərbaycanlının maşınını əziblər. Avtomobildə olan 9 milyon rubl (300 minə yaxın dollar) pul götürülüb.   Daha sonra onlar maşına minərək naməlum istiqamətə gediblər.   Qeyd edək ki, bu artıq ilk hadisə deyil və bundan əvvəl də 2 nəfər azərbaycanlıya maskalı şəxslər basqın edərək bir neçə milyon dollarlarını aparıblar.