Maide.az

Rusiyada bir milyon qul yaşayır

Qlobal köləliyin (The Global Slavery Index) indeksinə əsasən, müasir dünyada i təxminən 45,8 milyon insan  bu və  digər formasında köləlikdə yaşayır.    FaktXəbər-in məlumatına görə, hesabat "The Walk Free Foundation" beynəlxalq təşkilatının saytında dərc edilib.   Reytinqə əsasən hazırda Rusiyada  1 milyondan çox insan köləlikdə yaşayır (1 milyon 48 min 500). Rusiya bu göstərici ilə  16-cı yeri tutur.   Qeyd edək ki, hazırda qulların yarıdan çoxu (58%-i)  Hindistan, Çin, Pakistan, Banqladeş və Özbəkistanda yaşayır.