Rusiyada baş vermiş yanğında altısı uşaq olmaqla 8 nəfər ölüb
Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərində fərdi evdə baş vermiş yanğın zamanı iki nəfər böyük və altı uşaq ölüb. Bu barədə Vıborq rayonunun Vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib. “İki böyük və bir aydan səkkiz yaşa qədər altı uşaq yanğın nəticəsində ölüb”, - deyə məlumatda qeyd olunub. Bildirilir ki, hadisə zamanı 1940-cı ildə tikilmiş birmərtəbəli taxta fərdi ev yanıb. Fövqəladə Hallar Nazirliyi yanğının 120 kv/m sahəni əhatə etdiyini qeyd edib. Əraziyə üç yanğınsöndürən texnika və 12 nəfər canlı heyət cəlb olunub və yanğın söndürülüb. Yanğının səbəblərini müəyyən etmək üçün hadisə yerində araşdırma aparılır. /APA /