Maide.az

Rusiyada azərbaycanlılar arasında dava olub, 3 nəfər bıçaqlanıb

Rusiyada azərbaycanlılar arasında dava baş verib.   Hadisə Moskva vilayətinin Zelenoqrad şəhərindəki kafelərin birində qeydə alınıb.   Dava nəticəsində 3 azərbaycanlı bıçaqlanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.   Yaralanan şəxslərin eyni tikinti şirkətində çalışdığı bildirilir. Onlar polisə bildiriblər ki, hücum edən şəxslər milliyyətcə azərbaycanlı olublar.   Hazırda hücum edənlərin axtarışı istiqamətində müvafiq tədbirlər görülür.