Maide.az

Rusiyada avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB2

(ilk xəbər 08:10 -da dərc edilib)    Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.   APA-nın “İnterfax” Agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən üçü uşaqdır.   Qazaxıstandan gələn avtobusla Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarının toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.