Maide.az

Rusiyada ağır qəza: altı azərbaycanlı öldü

Rusiyanın Qafqaz magistralında baş verən qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.    Maide.Az bildirir ki, nununla bağlı “İnterfax” məlumat yayıb.    Bildirilib ki, qəza zamanı mikroavtobusda 8 nəfər olub.    İlkin versiyaya görə, qəzaya “QAZ-66” markalı avtomobilin sürücüsü sükan arxasında yatması səbəb olub.   Qeyd edək ki,  hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.    Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub.    Hadisə zamanı beş nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.    Faktla bağlı araşdırma aparılır.