Maide.az

Rusiyada Amerika donanmasını məhv edəcək silah hazırlanıb

Səs sürətindən altı dəfə daha sürətli olan bu silah 600 km-ə qədər uzaqlığı vurmağa qadirdir    Rusiyada yaradılan "Sirkon" raket gəmi kompleksi, başda Amerika aviadaşıyıcıları olmaqla, müxtəlif ölkələrin gəmilərinə real təhlükədir.   Bu barədə Almaniyanın "Stern" nəşri məlumat yayıb.   Məqalədə müasir S-500 havadan müdafiə sistemləri və "Kalibr" qanadlı raketləri ilə təchiz edilməsi planlaşdırılan rus döyüş gəmiləri "Admiral Naximov" və "Böyük Pyotr"un modernləşdirilməsindən bəhs edilir. Bildirilir ki, sözügedən gəmilərdəki əsas silah "Sirkon" 3M22 hipersəsli qanadlı raketi olacaq.   "Səs sürətindən altı dəfə daha sürətli olan bu silah 600 km-ə qədər uzaqlığı vurmağa qadirdir. Bu silahla Rusiya donanması istənilən xarici gəmini vurmağa qadirdir, həmçinin Amerika aviadaşıyıcıları üçün böyük təhlükədir" — yazıda qeyd olunur.   "Sirkon" 3M22 hipersəsli qanadlı raketi "Taktiki raket silahı" korporasiyası tərəfindən 2011-ci ildə hazırlanıb, 2016-cı ilin fevralında isə sınaqdan keçirilib. Bu silahın texniki xarakteristikası hələlik sirr olaraq saxlanılır. (sputnik.az)