Maide.az

Rusiyada “Тu-95” strateji bombardmançı təyyarə qəzaya uğrayıb

Rusiyanın Xabarovsk vilayətində “Тu-95” strateji bombardmançı təyyarə qəzaya uğrayıb.   Rusiya güc strukturlarından mənbə bildirib ki, qəza zamanı təyyarədə olan 7 ekipaj üzvünün hamısı təyyarənin göyərtəsini tərk etməyə müvəffəq olub.   Təyyarənin düşdüyü ərazini müəyyən etmək üçün An-12 patrul təyyarəsi axtarış aparır.   Xatırladaq ki, bu, son 40 gün ərzində Rusiyanın qəzaya uğrayan 6-cı hərbi təyyarəsidir.