Maide.az

Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib.   Yeraltı təkanlarla əlaqədar sunami həyəcanı elan olunub.   Severo-Kurilsk şəhərində 400-ə yaxın sakin təxliyə olunub. Bəzi tikililərdə dağıntılar qeydə alınıb.   Son məlumatlara əsasən, sunaminin bir neçə dalğası sahilə vurub. Onun ilkin hündürlüyü 50 santimetr olub. Növbəti dalğaların qısa müddətdə yaxınlaşması gözlənilir. /Trend