Rusiyada 3D printerdə pilotsuz uçan aparat hazırlanıb
Birləşmiş Cihazqayırma Korporasiyası beynəlxalq "İnnoprom-2016" sərgisində Rusiyada ilk 3D printerdə hazırlanan pilotsuz uçan aparatı təqdim edib. Yerli istehsalı olan aparat mühərriklə təchiz olunub və qarşıya qoyulan kəşfiyyat, hərbi və s. kimi vəzifələri yerinə yetirməyə qadirdir. Pilotsuz uçan aparat 50 kilometr radiusunda qarşıya qoyulan müxtəlif tapşırıqları icra edə bilir.