Maide.az

Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır

Akademik Vadim Pokrovski: “Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır”   Onun sözlərinə görə, Rusiyada QİÇS-dən ümumilikdə 240 min nəfər ölüb   "Rusiyada 1,5 milyon nəfərdə QİÇS (Qanda İmmun Çatışmazlığı Sindromu) virusu aşkarlanıb. Onların hamısı virus daşıyıcısıdır".   “Report” TASS-a istinadən xəbər verir ki, bunu akademik Vadim Pokrovski Rusiya Elmlər Akademiiyası Rəyasət Heyətinin iclasında bildirib.   “Rusiyada QİÇS-dən ümumilikdə 240 min nəfər ölüb və 1,5 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Yolxucu xəstəliklərdən ölümün başlıca səbəbi QİÇS-dir” - akademik vurğulayıb.   Onun sözlərinə görə, Rusiyada bu virusa yoluxanların sayı artmaqda davam edir.    V.Pokrovski deyib ki, dünya üzrə QİÇS-dən 50 milyon insan ölüb, 36 milyon nəfər isə bu virusun daşıyıcısıdır. /