Maide.az

Rusiya bütün ölkələrlə aviaəlaqəni dayandırır

Rusiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün ölkələrlə müntəzəm və çarter aviauçuşlarını dayandırır.   Trend-in məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin qərarında deyilir.   Qərara əsasən, yalnız xaricdə qalan Rusiya vətəndaşlarını gətirmək məqsədilə reyslər təşkil olunacaq.   Uçuş qadağası martın 27-dən qüvvəyə minir.   Qeyd edək ki, bu günə qədər 658 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib.